Gözüm yollarına hey dikilər, Baxışlarım yol açar orda. Ürəyim bir ovuç torpaq olar, Məhəbbətin gül açar orda. Xəyalım bulud kimi dolanar, Arzularım dil açar orda, Eşqim pəncərəni,qapını, Döyər yağışla, küləklə. Sənə saf sevgimi göndərim, Aç qəlbini qəbul eylə.
Ol dəli könlümə Padişah, Məni kölə eylə, qul eylə. Elə nazınla oynayım, Məni bir ömür məşğul eylə.